Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi “Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək” layihəsinə başlayır

Azərbaycan Maliyyə Nazirliyi “Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək” layihəsinə başlayır
# 17 yanvar 2012 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Gənclər və İdman Nazirliyi və «İrəli» İctimai Birliyi ilə birgə «Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək» layihəsini həyata keçirməyi planlaşdırır.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, düşərgə Qəbələ rayonundakı “Qafqaz Resort Hotel”də təşkil olunacaq, 5 gün müddətində davam edəcək və 110 nəfəri özündə birləşdirəcək.

«Sığortalı Gələcək» adlanan Qış Universitetində daha çox iqtisadi biliklərin tədris olunmasına üstünlük veriləcək. Əsasən sığorta, biznes, kommunikasiya, iqtisadiyyat mövzularında, eləcə də natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə mövzularında təlimlər keçiləcək qış universiteti həmçinin bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətləri də qonaq edəcək.

Layihədə iştirak etmək istəyən şəxslər bu ilin yanvar ayının 25-dək «İrəli» İctimai Birliyinin rəsmi saytında yerləşdirilmiş ərizə formasını doldurmalıdır (http://ireli.az/wu).

Qeyd edək ki, seçimlərin nəticələri bu ilin yanvar ayının 26-da e-mail vasitəsilə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR