Bank Of Baku

Sabah sığorta şirkətləri arasında püşkatma mərasimi keçiriləcək

Sabah sığorta şirkətləri arasında püşkatma mərasimi keçiriləcək
# 17 yanvar 2012 15:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Sabah Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətləri arasında keçiriləcək futbol turniri ilə bağlı püşkatma mərasimi olacaq.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, püşkatma mərasimində Azərbaycan Futbol Federasiyası Assosiasiyasının, Hakimlər Komitəsinin, ASA-nın və sığorta şirkətlərinin rəhbər işçiləri iştirak edəcək.

ASA-dan bildirib ki, püşkatmada ölkədə fəaliyyət göstərən 16 sığorta şirkətindən ibarət komandalar iştirak edəcək. Futbol turnirinə bu ilin fevral ayının əvvəlində start veriləcək və mart ayının sonunda başa çatacaq. Təşkilat Komitəsi tərəfindən turnirdə birinci yerin qalibinə kubok, ikinci və üçüncü yerin qaliblərinə isə müxtəlif xatirə hədiyyələri təqdim olunacaq.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR