Bank Of Baku

Azərbaycanda ötən ay inflyasiya 0,9% olub

Azərbaycanda ötən ay inflyasiya 0,9% olub
# 18 yanvar 2012 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dekabr ayında ərzaq məhsullarından manna yarması, qoyun əti, kolbasa məmulatları, təzə balıq, süd, kərə yağı, yumurta, qarğıdalı yağı, alma, armud, heyva, nar, qoz və fındıq, şabalıd, kələm, göyərti, xiyar, pomidor, bibər, kartofun qiyməti bahalaşıb.

«Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu əsasən düyü, un, çörək, mal əti, toyuq və toyuq budu, günəbaxan və zeytun yağları, limon, banan, portağal və naringi, çuğundur, kök, sarımsaq, soğan və s. məhsulların qiymətlərində müşahidə olunub», - deyə Komitədən bildirilib.

Dekabr ayında qeyri-ərzaq mallarından geyim, inşaat materiallarından yağlı və sulu boyalar, parket üçün lak, divar kağızları, ağac yonqar lövhələri, kərpic, mebellərdən mətbəx üçün mebel dəsti, mətbəx üçün kətil, çarpayı və yaylı döşəklər, stol-stul, yumşaq mebel dəstinin qiymətləri bahalaşıb, kəsilmiş taxtalar, ağac lifli lövhələr, parket və laminat parket, sement, mebellərdən mətbəx üçün stol, yataq mebel dəsti, məişət avadanlıqlarından qaz plitəsi, qızdırıcılar, tozsoranların qiymətləri isə ucuzlaşıb.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda MDB ölkələrinə dəmiryol sərnişindaşıma və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində, metroda gediş haqqı tariflərində, kommunal xidmətlərdən zibilin daşınması və mərkəzləşdirilmiş istilik sistemi tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR