Bank Of Baku

Azərbaycan və Moldova ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir - FOTO

Azərbaycan və Moldova ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir - <font color=red>FOTO</font>
# 18 yanvar 2012 08:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Bakıda səfərdə olan Moldovanın baş naziri Vlad Filat arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, inkişaf perspektivləri, habelə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti, üçüncü toplantısına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Komissiyanın iclasının 2012-ci ilin I rübündə Kişinyovda keçirilməsi planlaşdırılır.

V.Filat qeyd edib ki, ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 52% artmasına baxmayaraq, bu göstəricinin daha da artırılması üçün imkanlar mövcuddur. Moldovanın hökumət başçısı əlavə edib ki, onun Bakıya budəfəki səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə və iqtisadiyyat, ticarət və energetika sahəsində yeni birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, Azərbaycan-Moldova hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri müvafiq olaraq Y.Eyyubov və V.Filatdır.

Səfər çərçivəsində V.Filatın Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, sənaye və energetika naziri Natiq Əliyevlə görüşləri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR