Bank Of Baku

İtaliya mafiyası iqtisadiyyatın 7%-nə nəzarət edir

İtaliya mafiyası iqtisadiyyatın 7%-nə nəzarət edir
# 18 yanvar 2012 09:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İtaliyanın hazırda iqtisadi böhran yaşaması yerli mafiyanın gəlirlərinə təsir etməyib, əksinə, dünyada məşhur olan təşkilatlanmış kriminal strukturlar ötən il təsir dairələrini və gəlirlərini daha da artırıblar. «APA-Economics»in «İTAR-TASS»a istinadən məlumatına görə, bu barədə İtaliyada 300 min iş adamını birləşdirən sahibkarlar assosiasiyası «Confesercenti»nin hesabatında deyilir.

Bildirilir ki, mafiyanın illik gəlirləri ildə 140 mlrd. avro təşkil edir, onun nəzarət etdiyi qara iqtisadiyyatın həcmi isə ÜDM-in 7%-nə çatır. Mafioz strukturlar mağaza və restoranlardan tutmuş hotel və kurortlaradək kiçik özəl sektorda möhkəm yer tutur: «Bu strukturlar 65 mlrd. avroluq likvidliyə malikdirlər ki, bu da istənilən bankın imkanlarından qat-qat üstündür. Hazırda İtaliyada maliyyə imkanlarına görə yalnız mafiyanın investisiya qoymaq imkanı var. Bu da ona səbəb olur ki, qanunsuz fəaliyyətdən əldə olunan gəlirlər böhran dövrü leqal biznesə yatırılır».

Hesabatda İtaliya mafiyasının siyasətçilərlə əlaqəsi və mafiyanın fəaliyyət coğrafiyası da açıqlanır. Qeyd olunur ki, mafiyanın fəaliyyət dairəsi ənənəvi olaraq cənub vilayətlərindən indi ölkənin mərkəzinə və şimalına keçib. Hesabata görə, ölkədə mərc oyunları biznesi, zəhərli tullantıların ləğvi və tikinti sektoru bütünlüklə mafiyanın nəzarətindədir. Bundan başqa, səhiyyə, idman (xüsusilə futbol) və nəqliyyat sektorunda da mafiyanın maraqları var.

İtaliyada ən məşhur mafiya strukturları Siciliya adasındakı «Koza Nostra», Kalabriyanın cənubundakı «Ndranqeta», Neapoldakı «Kamorra» və Apuliyadakı «Sakra Korona Unita» qruplaşmalarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR