Bank Of Baku

“Bank Standard”ın uduş kampaniyasının qalibləri yanvarın 24-də müəyyənləşəcək

“Bank Standard”ın uduş kampaniyasının qalibləri yanvarın 24-də müəyyənləşəcək
# 18 yanvar 2012 10:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” QSC tərəfindən “Kartla ödə, “Apple” qazan!” aksiyasının I mərhələsinin qalibləri bu ilin yanvarın 24-də canlı efirdə müəyyən olunacaq. Bankdan “APA-Economics”ə verilən məlumata görə, qaliblərin hər birinə “MacBook Pro” noutbukları təqdim olunacaq.

Yanvarın 24-də “Bank Standard”ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində “Kartla ödə, “Apple” qazan!” aksiyasının I mərhələsi çərçivəsində keçiriləcək lotereya on-line rejimdə bankın www.bankstandard.com saytında canlı yayımlanacaq. Yayım saat 17:15-də başlanacaq.

Lotereya iştirakçılarının tam siyahısı artıq www.bankstandard.com saytında yerləşdirilib. Hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını və onlara verilmiş lotereya nömrələrini kartının nömrəsi ilə bankın saytı vasitəsilə öyrənə bilərlər.

Xatırladaq ki, oktyabr 16-dan sentyabrın 31-dək keçirilən “Kartla ödə, “Apple” qazan!” aksiyası “Bank Standard” tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edib. Əvvəlkilərdən fərqli olaraq yeni aksiya 4 mərhələdə keçirilir və bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd “MacBook Pro” noutbuku, 10 ədəd “iPad” planşeti, 10 ədəd “iPhone” mobil telefonu və 10 ədəd “MacBook Air” noutbuku oynanılacaq.

Aksiya ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat, “Mobile Banking” xidməti vasitəsilə, habelə İnternetdə ödənilmiş məbləğlərin hər 10 AZN, USD, GBP, EUR müqabilində bir lotereya şansı əldə edirlər.

Qeyd edək ki, ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda, onlar növbəti mərhələlərdə qüvvədə qalacaq. Nəhayət, lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, “Bank Standard”ın kart məhsullarını əldə etmək müqabilində də verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR