Bank Of Baku

Dünya Bankı yaxın iki il üçün iqtisadi proqnozlarını azaldıb

Dünya Bankı yaxın iki il üçün iqtisadi proqnozlarını azaldıb
# 18 yanvar 2012 10:52 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya iqtisadiyyatı 2012-ci ildə 2,5% artacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının (DB) rəsmi açıqlamasında bildirilir.

Bununla da DB cari ildə ÜDM-in artımı ilə bağlı proqnozunu kəskin aşağı salıb. Bundan əvvəlki proqnoz 3,6% olub. DB 2013-cü illə bağlı proqnozunda da dəyişiklik edərək, 3,6%-dən 3,1%-ə endirib.

İnkişaf etmiş ölkələrin ÜDM-i ilə bağlı proqnoz 6,2%-dən 5,4%-ə, dünya ticarətinin həcmi ilə bağlı proqnoz 6,6%-dən 4,7%-ə endirilib.

DB qlobal iqtisadiyyat üçün əsas risklər sırasında avrozonadakı böhranı və dünya maliyyə sisteminin zəifliyini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR