Bank Of Baku

Ötən il Azərbaycanda inflyasiya 7,9%-ə çatıb

Ötən il Azərbaycanda inflyasiya 7,9%-ə çatıb
# 18 yanvar 2012 11:42 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin dekabr ayında Azərbaycanda inflyasiyanın səviyyəsi 0,9% olub, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,6% bahalaşıb.

Qeyd edək ki, 2011-ci ilin yanvar-noyabr aylarına nəzər yetirdikdə, 2011-ci ilin 12 ayında ölkədə inflyasiyanın səviyyəsini 7,9%-ə düşdüyünü görmək olar. Belə ki, ötən ilin 11 ayında inflyasiya 8% səviyyəsində olub.

Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 20,8%, 2009-cu ildə – 1,5%, 2010-cu ildə isə 5,7% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR