Bank Of Baku

«Texnikabank» ötən il depozit portfelini 32% genişləndirib

«Texnikabank» ötən il depozit portfelini 32% genişləndirib
# 18 yanvar 2012 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 629,3 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə nisbətən 24,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 19,4% artaraq 434,9 mln. manata, depozit portfeli isə 32,4% artaraq 338,7 mln. manata çatıb.

Bu dövr ərzində bankın məcmu kapitalı 54,2% artaraq 99,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,6% artaraq 64,8 mln. manat təşkil edib.

Ötən il ərzində bankın emissiya edilmiş plastik kartlarının ümumi sayı 29% artaraq 63 380-ə, bankomatların sayı 70% artaraq 102-yə, POS-terminalların sayı isə 10,8 dəfə artaraq 1 253-ə çatıb.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filial və 19 şöbəsi, eyni zamanda Türkiyənin İstanbul şəhərində nümayəndəliyi mövcuddur. Hazırda bank 734 işçidən ibarət personalı ilə müştərilərə bütün növ bank xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR