Bank Of Baku

«TBC Kredit»in kredit portfeli 42% artıb

«TBC Kredit»in kredit portfeli 42% artıb
# 18 yanvar 2012 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit» qeyri-bank kredit təşkilatının kredit portfeli 2010-cu ilin yekunlarına nisbətən 42% artaraq 2011-ci ilin dekabrın 31-nə 27,5 mln. ABŞ dollarına çatıb. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, 2 926 aktiv kreditdən ibarət olan kredit portfelində 44% ayla biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin xüsusi çəkisi müvafiq olaraq 25% və 31% təşkil edib. Maliyyələşdirməsi 2,5 il bundan əvvəl başlayan mikrobiznes kreditləri biznes portfelinin 33%-nə bərabərdir.

Əvvəlki ilin göstəriciləri ilə müqayisədə istehlak və mikrobiznes kreditlərinin verilməsi həcmi artıb. Belə ki, istehlak kreditlərinin portfeli 150%, mikrobiznes kreditləri 100% artıb.

Ötən il ərzində şirkət 2009-cu ilin noyabrında təsdiqlənmiş 12 mln. dollarlıq uzunmüddətli kredit çərçivəsində OPIC-dən (Overseas Private Investment Corporation, USA) ümumi məbləği 6,5 mln. dollar olan bir neçə tranş alıb. Bundan əlavə 2011-ci ilin payızında «Responsability Social Investments AG» ilə müqavilə bağlanıb və mikrobiznes kreditləşməsinin inkişafına 1 mln. dollar əldə edilib.

Qeyd edilir ki, 2012-ci ilin sonuna «TBC Kredit» kredit portfelini 40 mln. dollara qədər artırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrinin maliyyələşdirilməsi istiqaməti qalır.

«TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Qeyd edək ki, 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR