Bank Of Baku

Ötən il Azərbaycanda birjaların ümumi dövriyyəsi 3,2 dəfə artıb

Ötən il Azərbaycanda birjaların ümumi dövriyyəsi 3,2 dəfə artıb
# 18 yanvar 2012 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən 769 hərrac keçirilib ki, dövriyyənin ümumi həcmi əvvəlki ilə nisbətən 3,2 dəfə artıb, 9 439,7 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və mallar realizə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə keçirilən hərracların 358-i və dövriyyənin ümumi həcminin əsas hissəsi Bakı Fond və Bakı Banklararası Valyuta birjalarının payına düşüb. Müqayisə edilən dövr ərzində Bakı Fond Birjasında dövriyyənin həcmi 3,8 dəfə artıb, 8 429,6 mln. manatlıq qiymətli kağızlar satılıb, onlardan səhmlər 11,7%, istiqrazlar 8,6%, nağdsız pul payı 7,8%, depozit və əmanət sertifikatları 3,3%, digər əməliyyatlar 68,6% təşkil edib.

Bakı Banklararası Valyuta Birjasında dövriyyənin həcmi 1,4 dəfə artıb, 1 009,9 mln. manatlıq valyuta ehtiyatları satılıb.

Digər birjalar üzrə satışın dövriyyəsi 26,4% artaraq 228,2 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR