Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 19% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 19% artıb
# 18 yanvar 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 148 xarici dövlətlə 33,2 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə mübadiləsinin 5,1 mlrd. dolları MDB ölkələri, 28,1 mlrd. dolları digər ölkələrlə həyata keçirilib.

Komitədən həmçinin bildirilib ki, 2010-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,2%, o cümlədən MDB üzrə 29,7%, digər dövlətlər üzrə isə 7,6% çox olub.

«Xarici ticarət dövriyyəsinin 24,7 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 8,5 mlrd. dollarını Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 16,2 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Əvvəlki ilin ilk 11 ayına nisbətən ixrac 27,3%, idxal 49,1%, müsbət saldo isə 18,7% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,5%-i) İtaliya, Fransa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Malayziya, Belarus, Koreya, Çin və Gürcüstanla aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR