Bank Of Baku

«Çelsi Kapital» şirkətinə diler və broker fəaliyyəti üçün yeni lisenziya verilib

«Çelsi Kapital» şirkətinə diler və broker fəaliyyəti üçün yeni lisenziya verilib
# 18 yanvar 2012 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Çelsi Kapital» MMC-yə yeni lisenziya verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Çelsi Kapital» MMC-yə diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR