Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38%, xərcləri isə 31% artıb
Nazirlikdən verilən məlumata görə, 2011-ci ildə dövlət büdcəsinin mədaxili 100,9% icra olunub ki, bu da 2010-cu illə müqayisədə 4 297,6 mln. manat və ya 37,7% çoxdur: «Vergilər Nazirliyi mədaxil proqnozunu 106% icra etməklə dövlət büdcəsinə 5 472,0 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 312 mln. manat, 2010-cu ilə nisbətən isə 1 179,2 mln. manat və ya 27,5% çoxdur. Hesabat ilində Dövlət Gömrük Komitəsi proqnoza 100,1% əməl edərək büdcəyə 1 141,5 mln. manat vəsait təmin edib».
Ümumiyyətlə, 2011-ci ildə sair gəlirlərdən nəzərdə tutulan 51 mln. manata qarşı büdcəyə 87,1 mln. manat və ya proqnoza nisbətən 70,7% çox vəsait daxil olub.
Dövlət Neft Fondundan büdcəyə tələb olunan məbləğdə, yəni 9 mlrd. manat vəsait transfert edilib.
Xərclərə gəldikdə isə, 2011-ci ildə dövlət büdcəsinin xərcləri 96,6% icra edilib ki, bu da 2010-cu ilə nisbətən 3 628,8 mln. manat və ya 30,8% çoxdur: «Ötən il cari xərclərə dövlət büdcəsi xərclərinin 46,7%-i həcmində və ya 7 190,7 mln. manat vəsait sərf edilib ki, bu da 2010-cu illə müqayisədə 544,4 mln. manat və ya 8,2% çoxdur».
Əsaslı xərclərə 7 860,9 mln. manat və ya dövlət büdcəsi xərclərinin 51,1%-i həcmində vəsait yönəldilib ki, bu da 2010-cu ilə nisbətən 2 833,0 mln. manat və ya 56,3% çoxdur: «Həmin vəsaitin 5 854,0 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 2 006,9 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib».
Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 2,2%-i həcmində və ya 343,1 mln. manat vəsait istifadə olunub ki, bu da 2010-cu illə müqayisədə 252,4 mln. manat və ya 3,7 dəfə çoxdur.
«Hesabat ilində sosial yönümlü xərclərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 28,2%-i və ya 4 340,1 mln. manatı yönəldilib ki, bu da 2010-ci illə müqayisədə 637 mln. manat və ya 17,2% çoxdur», - deyə nazirlikdən bildirilib.
Eyni zamanda, 2011-ci il ərzində istifadə olunan 5 854,0 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 729,5 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidən qurulmasına və müvafiq avadanlıqların alınmasına 5 124,5 mln. manat vəsait yönəldilib.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanın dövlət büdcəsində 363,5 mln. manatlıq kəsir yaranmışdır.
Maliyyə
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
Xəbər Lenti
Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında iştirak edib
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir
İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO
Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Xankəndi Tibb Mərkəzi istifadəyə verilib
Rusiya MN müharibə başlayandan Ukraynanın 170 minə yaxın dronunun vurulduğunu bildirib
Peskov Belarusda retranslyatorların söndürülməsindən xəbərdar deyil
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Rusiyanın “VKontakte” tətbiqi App Store-dən silinib, Kreml əhaliyə Androidə keçməyi tövsiyə edib
Venesuelada zəlzələdə 164 nəfər ölüb, 971 yaralı var - VİDEO - YENİLƏNİB-1
Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Makron: Fransa Siciliya sahillərində Rusiyanın “kölgə donanması”nın tankerini saxlayıb
Azərbaycanla Həştərxan arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Dağıstanda yanacaq satışı məhdudlaşdırılıb
"MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
“Maliyyə icarəsi haqqında” qanun təsdiqlənib, 6 ay sonra qüvvəyə minəcək
İsrail və Livan ABŞ rəsmisinin IDF-in Livanın cənubundan geri çəkildiyi iddiasını təkzib edib - YENİLƏNİB
Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilib
Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 1140.3 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
Zelenski: Cəbhədən 1500 km məsafədə yerləşən Ufadakı iki neft zavoduna zərbələr endirilib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Xətai rayonunda 55 kq narkotik dövriyyədən çıxarılıb
İsrail aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib - FOTO
Azərbaycan XİN zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib
Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb
MN: Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq
DSMF BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb
Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
FIFA Rusiya millisinin Futbol üzrə Dünya Çempionatına buraxılmasına qərar verib
Keçmiş məcburi köçkün: Kərkicahana qayıtmaq qürurvericidir
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün təhlillərə başlayıb
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan edib
İraq OPEC-dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
Suriyalı deputat: Türkman tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılmasını arzulayırıq