Bank Of Baku

Ukraynanın maliyyə naziri vəzifəsinə ordu generalı təyin olunub

Ukraynanın maliyyə naziri vəzifəsinə ordu generalı təyin olunub
# 19 yanvar 2012 07:37 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna Təhlükəsizlik Xidmətinin sədri, ordu generalı Valeri Xoroşkovski maliyyə naziri vəzifəsinə təyin olunub. “APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkə prezidenti Viktor Yanukoviç müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 2010-cu ildən Maliyyə Nazirliyinə rəhbərlik edən Fyodor Yaroşenko öz istəyi ilə vəzifəsindən istefa verib. Valeri Xoroşkovski də həmin vaxtdan Ukrayna Təhlükəsizlik Xidmətinin sədri olub. İqtisad elmləri doktoru olan 43 yaşlı V.Xoroşkovski bundan əvvəl Prezident Administrasiyası rəhbərinin müavini, iqtisadiyyat və avrointeqrasiya naziri, Təhlükəsizlik Xidmətinin sədr müavini, Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini və Dövlət GÖmrük Komitəsinin sədri vəzifələrində çalışıb.

V.Xoroşkovski Ukraynanın tanınmış biznesmenlərindən və mediamaqnatlarından biri olub, “U.A. Inter Media Group”a başçılıq edib. “Focus” jurnalı 2010-cu ildə onun varidatını 1,160 mlrd. dollar həcmində qiymətləndirib. Dövlət strukturlarında işə başladıqdan sonra media-qrupdakı vəzifələrini evdar qadın olan həyat yoldaşına həvalə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR