Bank Of Baku

Konqresmenlər ABŞ-ın dövlət borcunun yuxarı həddinin qaldırılmasını rədd edib

Konqresmenlər ABŞ-ın dövlət borcunun yuxarı həddinin qaldırılmasını rədd edib
# 19 yanvar 2012 08:02 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcunun yuxarı həddinin 1,2 trln. dollara qaldırılmasının əleyhinə səs verib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, üç saat davam edən müzakirələrdən sonra qanun layihəsi 176 səs lehinə, 239 səs əleyhinə olmaqla rədd edilib.

Konqresin aşağı palatasının əleyhinə səs verməsinə baxmayaraq, dövlət borcunun yuxarı həddinin qaldırılması haqqında qanun layihəsi yanvarın sonunda qüvvəyə minəcək. çünki demokratların üstünlük təşkil etdiyi Senat layihənin əleyhinə səs verməyəcək. Bundan başqa, prezident Barak Obamanın veto hüququ da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR