Bank Of Baku

«Deka Bank» ötən il mənfəətini 4 dəfə artırıb

«Deka Bank» ötən il mənfəətini 4 dəfə artırıb
# 19 yanvar 2012 10:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 44,725 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 8,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 57% azalaraq 7,426 mln. manat, o cümlədən əhalinin əmanətləri isə 48% azalaraq 5,871 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 1,1% azalaraq 38,225 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4,7% artaraq 18,152 mln. manat təşkil edib.

Hesabat ilində bankın məcmu kapitalı 24% artaraq 17,445 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 13,417 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ildə bankın ümumi gəlirləri 51% artaraq 7,802 mln. manat, xərcləri isə 19,5% azalaraq 3,269 mln. manat olub. Nəticədə, ötən il bankın əldə etdiyi mənfəətin həcmi təxminən 4 dəfə artaraq 4,533 mln. manat, xalis mənfəəti isə 3,3 dəfə artaraq 3,617 mln. manat olub.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin yanvarın 1-nə bankın 7 filialı, 1 bankomatı, 17 POS-terminalı və 100 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR