Bank Of Baku

Azərbaycanın ticarət sektorunda ötən il satılan malların həcmi 10% artıb

Azərbaycanın ticarət sektorunda ötən il satılan malların həcmi 10% artıb
# 19 yanvar 2012 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın ticarət və xidmət şəbəkələrində istehlakçılara 21,8 mlrd. manatlıq və ya 2010-cu il illə müqayisədə 9,9% çox əmtəə satılıb və xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak bazarı üzrə real artımın 74,4%-i pərakəndə ticarət, 5,2%-i iaşə fəaliyyəti, 20,4%-i isə pullu xidmətlərin hesabına təmin edilib.

«Ötən il pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi özündən əvvəlki ilə nisbətən 10,6% artaraq 16,5 mlrd. manata, pullu xidmətlərin həcmi isə 7,8% artaraq 5,3 mlrd. manata bərabər olub», - deyə Komitədən bildirilib.

Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99%-i özəl sektorun fəaliyyəti sayəsində yaranıb. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 2010-cu ilin səviyyəsini 10,6% üstələyərək 20,3 mlrd. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR