Bank Of Baku

Azərbaycanda dövlət ipoteka istiqrazlarının beşinci emissiyası qeydiyyata alınıb

Azərbaycanda dövlət ipoteka istiqrazlarının beşinci emissiyası qeydiyyata alınıb
# 19 yanvar 2012 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının beşinci emissiya prospektini dövlət qeydiyyatına alıb.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, beşinci emissiya prospektinin ümumi həcmi 30 mln. manat, sayı 30 min ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 manat, illik gəlirlik 3%, tədavül müddəti isə 10 il təşkil edir.

Qeyd edək ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirilməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan dörd buraxılış həyata keçirilib. İlk üç buraxılış tam, sonuncu isə 17 mln. manat həcmində yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR