Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.
Qeyd edək ki, ötən il pərakəndə əmtəə dövriyyəsi 16 445,8 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5 332,4 mln. manat, əhalinin gəlirləri isə 30 633,5 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 8 855,3 mln. manat səviyyəsində üstələyib ki, bu da yanvar-noyabr aylarının göstəricisindən 8,7% çoxdur.