Bank Of Baku

Azərbaycanda RSI indeksi kəskin artıb

Azərbaycanda RSI indeksi kəskin artıb
# 19 yanvar 2012 13:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin dekabr ayı üzrə 145,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamlara görə, bu göstərici noyabr ayının indeksindən 50,2 faiz bəndi çoxdur. Qeyd edək ki, noyabrda indeks 94,9%, oktyabrda 100,7%, sentyabrda 100,7%, avqustda 101,4%, iyulda 99,6%, iyunda 97,1%, mayda 118,3%, apreldə 82,3%, martda 115,9%, fevralda 94,5%, yanvar ayında isə 73,5% olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Ötən ilin dekabr ayında ümumi pərakəndə dövriyyəsi 1 991,4 mln. manat, noyabrda 1 372,4 mln. manat, oktyabrda 1 446,5 mln. manat, sentyabrda 1 436,2 mln. manat, avqustda 1 325,5 mln. manat, iyulda 1 307,8 mln. manat, iyunda 1 312,8 mln. manat, mayda 1 348,2 mln. manat, apreldə 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

Pərakəndə dövriyyənin və onun indeksinin dekabr ayında artması ənənəvi haldır və ilk növbədə Yeni il bayramı ilə əlaqədar olur, çünki bayram ərəfəsində ticarətdə kütləvi canlanma baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR