Bank Of Baku

«Royal Bank»ın əsas maliyyə göstəriciləri ötən il azalıb

«Royal Bank»ın əsas maliyyə göstəriciləri ötən il azalıb
# 19 yanvar 2012 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 190,735 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 9,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,9% artaraq 131,143 mln. manat, depozit portfeli isə 23% azalaraq 84,271 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 18% azalaraq 18,749 mln. manata çatıb, o cümlədən nizamnamə kapitalının həcmi dəyişməz qalaraq 22,139 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 49,3% artaraq 77 868, o cümlədən fiziki şəxslərin sayı 50% artaraq 75 326, hüquqi şəxslərin sayı isə 22% artaraq 2 542, həmçinin aktiv plastik kartların sayı 3 dəfə artaraq 52 949, o cümlədən debet kartları 3,2 dəfə artaraq 50 820, kredit kartlarının sayı isə 3,5% artaraq 2 129 olub.

Eyni zamanda bankın işçilərinin sayı 9% azalaraq 566 nəfərə, orta aylıq əmək haqı isə 40% artaraq 787 manata çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR