Bank Of Baku

Britaniyalıların 30%-i ipotekanı ödəmək üçün yemək məsrəflərində qənaət edir

Britaniyalıların 30%-i ipotekanı ödəmək üçün yemək məsrəflərində qənaət edir
# 19 yanvar 2012 14:19 (UTC +04:00)
Bakı - APA-Economics. Britaniyalıların 30%-i mənzilin kirayə və ya ipoteka haqqını ödəmək üçün yemək məsrəflərində qənaət edir. “APA-Economics”in xəbərinə görə, “Shelter” ictimai birliyi tərəfindən aparılan rəy sorğusu bu nəticəni ortaya çıxarıb.

Məlum olub ki, yemək məsrəflərində qənaət edən britaniyalıların sayı üç il ərzində 44% artıb. Hər beş britaniyalıdan biri qaz və elektrik enerjisinə ipotekanı ödəyə bilmək üçün qənaət edib. Bu göstərici üzrə 2008-ci ildən bəri 60% artım qeydə alınıb.

Tədqiqatın nəticələrinə əsasən demək olar ki, hazırda 16 mln. britaniyalı yemək məsrəflərində, 10 mln. nəfər isə qaz və elektrik enerjisində qənaət edir.

“Shelter”in rəhbəri Kempbell Robb bildirib ki, hər iki dəqiqədə bir britaniyalı mənzilini itirə bilər. Son illər ölkədə daşınmaz əmlak ucuzlaşsa da, mənzilin dəyərini ödəməklə bağlı çətinliklər qalır. Çünki əhalinin gəlirləri artmasa da, kredit dərəcələri böhrandan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR