Bank Of Baku

BVF Azərbaycana büdcə xərclərinin azaltmağı tövsiyə edir

BVF Azərbaycana büdcə xərclərinin azaltmağı tövsiyə edir
# 19 yanvar 2012 16:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə bu gün BVF tərəfindən Azərbaycan üzrə IV Maddəyə dair aparılan məsləhətləşmələrin yekunlarına həsr olunmuş Vaşinqton-Bakı video-konfransında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Missiya rəhbəri Azərbaycanda ortamüddətli fiskal siyasət neftdən asılı olduğunu bildirib. Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirən N.İlahi bununla yanaşı, qeyd edib ki, neftdən əldə olunan gəlirlər büdcə xərclərini artırmamalıdır: «Büdcə xərclərinin artırılması və iqtisadi artım ölkədə inflyasiya ilə bağlı təzyiqlərə səbəb ola bilər. Məhz buna görə Azərbaycan büdcə xərclərini bir qədər azaltmalıdır».

BVF rəsmisinin sözlərindən məlum olub ki, Azərbaycan büdcə xərclərinin azaldılmasına artıq bu ildən başlamalıdır. Onun sözlərinə görə, ölkədə inflyasiyanın birrəqəmli həddə qalması 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin tam yerinə yetirilməyəcəyi təqdirdə mümkündür: «Ümumiyyətlə, Azərbaycanda 2011-ci ildə inflyasiyanın səviyyəsi aşağı olub. Bu da qlobal ərzaq bazarında qiymətlərin aşağı olması ilə bağlıdır».

N.İlahi qeyd edib ki, Azərbaycan inflyasiyanın səviyyəsinə valyuta məzənnəsini çevik saxlamaqla da nəzarət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR