Bank Of Baku

BVF Azərbaycandakı kiçik banklara birləşməyi tövsiyə edir

BVF Azərbaycandakı kiçik banklara birləşməyi tövsiyə edir
# 19 yanvar 2012 16:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) ölkənin maliyyə sektorunda rolu azaldılmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, ABB-nin ölkənin maliyyə sektorunda rolu böyükdür və bu, sözügedən sektorun inkişafına mane olur: «Bankın restrukturizasiyası ehtiyatla həyata keçirilməlidir ki, bu proses maliyyə sektoruna mənfi təsir etməsin».

N.İlahi həmçinin qeyd edib ki, bu ilin ortalarında BVF və Azərbaycan hökuməti ilə ABB-nin restrukturizasiya məsələsini müzakirə edəcək: «Bank likvidliyi və kapital adekvatlılığını təmin etməlidir».

Fondun rəsmisi ölkədə fəaliyyət göstərən xırda bankların konsolidasiya olunmasını tövsiyə edib: «Xırda banklar rəqabətə davamlı deyil və onların konsolidasiyası məqsədəuyğun olardı. Lakin konsolidasiya könüllü şəkildə aparılmalıdır».

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR