Bank Of Baku

BVF Azərbaycanın maliyyə sektorunu qiymətləndirəcək

BVF Azərbaycanın maliyyə sektorunu qiymətləndirəcək
# 19 yanvar 2012 16:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini 2012-ci ilin ortalarında başlayaraq aparacaq. «APA-Economics»in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, hazırda BVF Azərbaycan hökuməti ilə bu istiqamətdə müzakirələr aparır: «Maliyyə sektorunun qiymətləndirilməsi üçün Azərbaycana missiya səfər edəcək. Lakin bundan öncə missiyanın baş tutması üçün əhatəli işlər aparılmalıdır ki, buna da ən azı 5-6 ay tələb olunacaq. Biz sözügedən qiymətləndirməyə cari ilin ortasında və ya sonunda başlaya bilərik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR