Bank Of Baku

«AXA-Mbask» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək

«AXA-Mbask» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək
# 23 yanvar 2012 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il fevral ayının 29-da «AXA-Mbask» sığorta şirkətinin səhmdarlarının növbəti iclası keçiriləcək. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən şirkətin 2011-ci il üçün fəaliyyəti və maliyyə nəticələri, 2011-ci ilin mənfəətinin bölüşdürülməsi və ya nizamnamə kapitalının artırılmasına yönəldilməsi, 2012-ci il üçün şirkətin büdcəsinin təsdiq edilməsi kimi məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb, 2010-cu ilin oktyabr ayında isə şirkətin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur.

Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR