Bank Of Baku

Yunanıstanda vergi borcunu ödəməyən vətəndaşların siyahısı dərc olunub

Yunanıstanda vergi borcunu ödəməyən vətəndaşların siyahısı dərc olunub
# 23 yanvar 2012 09:17 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bununla 4 mindən nəhəng vergi ödəyicisinin dövlətə vergi, yığım və dəbbə şəklində dövlətə 14,9 mlrd. avro borclu olduğu məlum olub.

Siyahıya əsasən, Yunanıstanın ən çox vergidən yayınan vətəndaşı sahibkar Nikolas Kasimatisdir. O, 561,6 mln. avro vergi və 390,5 mln. dəbbə, ümumilikdə 952 mln. avro ödəməlidir. N.Kasimatis ƏDV-nin qaytarılması ilə bağlı maxinasiyalara yol verməklə dövlətə külli miqdarda zərər vurduğuna görə 2009-cu ildə 500 il müddətinə azadlıqdan məhrum edilib.

Siyahıda adı olan 15 vətəndaşın hər biri 100 mln. avrodan çox vergi borcunu ödəməyib ki, bunun da ümumi həcmi 3,2 mlrd. avro təşkil edir. Vergi borcu 1 mln. avrodan çox vətəndaşların sayı isə 1 748 nəfər təşkil edir.

Qeyd edək ki, siyahıya külli miqdarda vergi borcu olan şəxslər daxil edilməyib. Buna səbəb onların borcunu tədricən ödəmək barədə dövlətlə razılığa gəlməsidir. Çünki defolt perspektivi ilə mübarizə aparan Yunanıstanda vergi borcunu ödəməyənlərin həbs olunması və girov müqabilində azadlığa buraxılması artıq adi hala çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR