Bank Of Baku

Proqnoz: Azərbaycan 2050-ci ildə iqtisadiyyatının həcminə görə dünyada 65-ci olacaq

Proqnoz: Azərbaycan 2050-ci ildə iqtisadiyyatının həcminə görə dünyada 65-ci olacaq
# 23 yanvar 2012 10:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Böyük Britaniyanın HSBC bankının «2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı» adlı proqnozunda bildirilir.

HSBC-nin proqnozuna əsasən, hesabatda 2010-2050-ci illərin göstəriciləri müqayisə edilir. Azərbaycanda Ümumi Milli Məhsulun (ÜMM) həcmi 2010-cu ildəki 20 mlrd. dollardan 2050-ci ildə 168 mlrd. dollara, gəlirin adambaşına həcmi isə 2010-cu ildəki 2,3 min dollardan 14,5 min dollara çatacaq.

HSBC-nin hesablamalarına görə, 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcək. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməyib.

Proqnozlara görə, 2050-ci ildə regionun iqtisadi cəhətdən ən böyük dövləti Rusiyanı geridə qoyan Türkiyə olacaq. Türkiyədə ÜMM-in həcmi indiki 385 mlrd. dollardan 2,149 trln. dollara qalxacaq. Rusiyada isə bu göstəricilər 412 mlrd. dollar və 1,878 trln. dollar təşkil edəcək. Regionun digər ölkəsi, İran isə bu siyahıda 27-ci yerdədir.

Dünyanın iqtisadi cəhətdən ən böyük iqtisadiyyatına malik olan 100 ölkənin siyahısında 2050-ci ildə ABŞ-ı geridə qoyan Çin başçılıq edir. Bu müddət ərzində Çində ÜMM 7,2 dəfə artaraq 25,3 trln. dollara çatacaq. ABŞ-da isə 2 qat artımdan sonra 22,270 trln. Dollarlıq göstərici əldə olunacaq.

Proqnozlara 2050-ci ildə dünyanın 3-cü ən böyük iqtisadiyyatı 8,2 trln. dollarlıq ÜMM ilə Hindistan olacaq. Hindistanın bu dövr ərzində Yaponiya, Almaniya, Britaniya, Fransa və İtaliya kimi ölkələri geridə qoyacağı gözlənilir.

Hesabatın ən sürpriz ölkələrindən biri Filippindir. Hesablamalara görə, Filippin iqtisadiyyatı sürətli artım nəticəsində dünyanın 16-cı ən böyük iqtisadiyyatına çevrilərək İndoneziyanı geridə qoyacaq.

Misir isə proqnozlara görə, 2050-ci ildə iqtisadiyyatın həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyaraq Yaxın Şərqin ən böyük iqtisadiyyatına malik olan ölkəyə çevriləcək.

2050-ci ildə dünya iqtisadiyyatı

 

 

İqtisadiyyatın həcmi (mlrd. dollar)

 

 

2010-ci il

2050-ci il

1

Çin

3 511

25 334

2

ABŞ

11 548

22 270

3

Hindistan

960

8 165

4

Yaponiya

5 008

6 429

5

Almaniya

2058

3714

6

Britaniya

1711

3576

7

Braziliya

921

2960

8

Meksika

688

2810

9

Fransa

1496

2750

10

Kanada

892

2287

11

İtaliya

1124

2194

12

Türkiyə

385

2149

13

Cənubi Koreya

798

2056

14

İspaniya

711

1954

15

Rusiya

412

1878

16

Filippin

112

1688

17

İndoneziya

274

1502

18

Avstraliya

565

1480

19

Argentina

428

1477

20

Misir

160

1165

21

Malayziya

146

1160

22

Səudiyyə Ərəbistanı

258

1128

23

Tailand

187

856

24

Niderland

439

798

25

Polşa

250

786

26

Peru

85

735

27

İran

161

732

28

Kolumbiya

142

725

29

İsveçrə

294

711

30

Pakistan

111

675

31

Banqladeş

78

673

32

Çili

103

592

33

Venesuela

158

558

34

Əlcəzair

76

538

35

Cənubi Afrika

187

529

36

Avstriya

222

520

37

Nigeriya

78

515

38

İsveç

295

507

39

Belçika

265

481

40

Ukrayna

45

462

41

Vyetnam

59

451

42

Sinqapur

165

441

43

Yunanıstan

161

424

44

İrlandiya

147

386

45

Rumıniya

56

377

46

BƏƏ

118

360

47

Norveç

199

352

48

Çexiya

76

342

49

Portuqaliya

123

336

50

Özbəkistan

25

314

51

Macarıstan

58

295

52

Tanzaniya

16

288

53

Qazaxıstan

38

287

54

Küveyt

61

280

55

Mərakeş

58

279

56

Finlandiya

145

270

57

Danimarka

172

265

58

Liviya

49

230

59

Yeni Zelandiya

64

214

60

Dominikan

37

212

61

Ekvador

24

206

62

Efiopiya

17

196

63

Suriya

28

181

64

Şri-Lanka

25

175

65

Azərbaycan

20

168

66

Keniya

18

163

67

Tunis

29

160

68

Qvatemala

26

152

69

Livan

27

148

70

Boliviya

12

145

71

Slovakiya

44

145

72

Oman

30

138

73

Anqola

24

134

74

Kosta-Rika

23

124

75

Belarus

25

122

76

Kuba

49

121

77

İraq

23

117

78

Qatar

54

112

79

İordaniya

15

112

80

Uqanda

12

111

81

Panama

20

110

82

Xorvatiya

28

105

83

El Salvador

16

104

84

Qana

8

100

85

Paraqvay

9

99

86

Türkmənistan

9

97

87

Uruqvay

30

93

88

Honduras

10

82

89

Kamerun

14

79

90

Serbiya

9

75

91

Bolqarıstan

19

72

92

Lüksemburq

26

68

93

Sloveniya

26

66

94

Bəhreyn

13

61

95

Litva

17

59

96

Bosniya Herseqovina

8

56

97

Latviya

11

52

98

Yəmən

13

45

99

Kipr

12

45

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR