Bank Of Baku

Azərbaycan daxili nəzarət və risklərin idarə olunması sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsini öyrənir

Azərbaycan daxili nəzarət və risklərin idarə olunması sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsini öyrənir
# 23 yanvar 2012 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Avropa Birliyinə üzv olan ölkələrdə dövlət orqanlarının daxili nəzarət və risklərin idarə olunması sahəsində qabaqcıl iş təcrübəsini öyrənir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən Avropa Birliyinə üzv olan ölkələrin daxili nəzarət və risklərin idarə olunması sistemi üzrə tədqiqatlar aparılır və lokal xüsusiyyətlər nəzərə alınaraq, ən dolğun təcrübə Azərbaycanda tətbiq olunacaq: «Tədqiqatların məqsədi ən dolğun, ən dürüst, Azərbaycan reallığına uyğun olan daxili nəzarət və risklərin idarə olunması sisteminin ölkəyə gətirilməsindən ibarətdir. Daxili nəzarət və risklərin idarə olunması inzibatçılıqda Azərbaycan üçün yeni bir termindir. Onun yanlış tətbiqi müxtəlif inzibatçılıqda müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər və məhz buna görə daha dolğun modelin tətbiqi əhəmiyyət kəsb edir».

A.Əliyev onu da qeyd edib ki, hazırda İqtisadi İnkişaf Nazirliyi Litvanın Vergi Müfəttişliyinin tətbiq etdiyi daxili nəzarət sistemini nəzərdən keçirir. Bu sistem müvəffəqiyyətlə sınaqdan çıxmış Böyük Britaniya təcrübəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR