Bank Of Baku

«Access Bank» ötən il istehlak kreditləşməsini 48% artırıb

«Access Bank» ötən il istehlak kreditləşməsini 48% artırıb
# 23 yanvar 2012 12:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2012-ci il yanvar ayının 1-nə 380 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin yekun göstərici ilə müqayisədə 6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 11% artaraq 300 mln. manata, o cümlədən istehlak kreditləri təxminən 48% artaraq 25 mln. manata, depozit portfeli isə 17% artaraq 145 mln. manata çatıb. Hesabat dövrünün sonuna 30 gündən artıq gecikdirilmiş kreditlərin payı məcmu portfel üzrə 0,76% olub.

Bu dövr ərzində bankın nizamnamə kapitalında da artın olub. Belə ki, qeyd olunan dövrdə bankın nizamnamə kapitalının həcmi 62,2% artaraq 67,8 mln. manata çatıb. Qeyd edək ki, nizamnamə kapitalı əvvəlki ilin nəticələrinə görə bankın bölüşdürülməmiş mənfəəti hesabına artırılıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR