Bank Of Baku

«Royal Bank»da problemli kreditlərin həcmi artır

«Royal Bank»da problemli kreditlərin həcmi artır
# 23 yanvar 2012 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il yanvar ayının 1-nə 131,143 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 4,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın qısamüddətli kreditlərinin (12 ayadək) həcmi 32% azalaraq 23,054 mln. manat, uzunmüddətli kreditlərinin (12 aydan artıq) həcmi 51% azalaraq 38,209 mln. manat, istehlak kreditləri isə 75% azalaraq 23,418 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın vaxtı keçmiş kreditlərinin həcmi 55% artaraq 21,602 mln. manat təşkil edib. Bankın problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 16,5% təşkil edib ki, bu da Azərbaycanın bank sistemi üzrə orta göstəricisindən (6,5%) 2,5 dəfə çoxdur.

Bundan başqa, bu müddət ərzində bankın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi ipoteka kreditlərinin həcmi 75% artaraq 24,860 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR