Bank Of Baku

Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının ilkin variantı apreldə hazır olacaq

Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının ilkin variantı apreldə hazır olacaq
# 23 yanvar 2012 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının ilkin variantının hazırlanmasını bu ilin aprel ayında başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Onun sözlərinə görə, Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının ilkin variantı ölkə hökumətinə təqdim olunacaq və hökumətin və AİB-in maraq və prioritetləri nəzərə alınaraq yekun variantı hazırlanacaq: «Strategiyanın yekun variantı 2012-ci ilin sonunda hazır olacaq».

O.Noroyono onu da bildirib ki, Azərbaycan üzrə strategiya 5 il müddəti əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu günədək AİB Azərbaycana energetika, nəqliyyat, su təchizatı, özəl sektorun inkişafı və digər sahələrdə həyata keçirilən 15 layihə üzrə 687,4 mln. dollar kredit ayırıb. Bununla yanaşı, əməkdaşlıq dövründə AİB Azərbaycanın maliyyə sektorunda layihələrin maliyyələşdirilməsinə 66 mln. dollar məbləğində 4 kredit təqdim edib.

Xatırladaq ki, 2011-ci ilin ortalarında AİB Azərbaycan üzrə 2011-2013-cü illəri əhatə edən yeni biznes-plan təsdiq edib. Biznes-plan çərçivəsində Bank Azərbaycana energetika, nəqliyyat və su təchizatı layihələrinin icrası üçün 1 mlrd. dollara yaxın vəsait ayırmaq niyyətindədir. Belə ki, ölkə üzrə əməliyyatlara dair biznes-plana əsasən, AİB Azərbaycana 2011-ci ildə 340 mln. dollar (ehtiyat kreditlər daxil olmaqla), 2012-ci ildə 355 mln. dollar, 2013-cü ildə isə 250 mln. dollar ayırmağı planlaşdırır. Eyni zamanda, biznes-planın icrası üçün AİB 2 mln. dollar dəyərində texniki yardım (qrant) ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR