Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycandakı bankların kreditləşməsini davam etdirmək niyyətindədir

Asiya İnkişaf Bankı Azərbaycandakı bankların kreditləşməsini davam etdirmək niyyətindədir
# 23 yanvar 2012 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanın bir sıra bankına ayrılmış kreditlər demək olar ki, tam geri qaytarılıb. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Onun sözlərinə görə, hazırda kredit ayırdığımız 5 bankdan 4-ü (Azərbaycan Beynəlxalq Bankı, «AGBank», «Access Bank», «Bank Respublika») kreditləri tam geri qaytarıb. Bu yaxınlarda son kredit ödənişini «Bank of Baku» həyata keçirəcək.

«Azərbaycan banklarına ayrılan kreditlərin ümumi məbləği təxminən 56 mln. ABŞ dolları təşkil edir. Kreditlərin tam ödənilməsi AİB-ə Azərbaycanın digər banklarına da kreditlər ayırmasına imkan yaradacaq», - deyə Olli Noroyono bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR