Bank Of Baku

«Alfa Sığorta» nizamnamə kapitalını artırır

«Alfa Sığorta» nizamnamə kapitalını artırır
# 23 yanvar 2012 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Alfa Sığorta» ASC-nin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Alfa Sığorta» şirkətinin səhmlərinin yerləşdirilməsinə yaxın vaxtlarda başlanacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 42,1% artaraq 6,750 mln. manata çatacaq.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4,750 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR