Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 34% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 34% artıb
# 23 yanvar 2012 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,5% artaraq 3 830,1 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə milli valyutada qoyulmuş əmanətlərin həcmi xarici valyuta depozitlərini üstələyərək 1 970,2 mln. manat və ya əmanətlərin ümumi həcminin 51,4%-ni təşkil edib. Əmanətlərin 76,6%-i özəl banklarda yerləşdirilib.

Qeyd edək ki, 2011-ci ilin dekabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,50 manat, 1 avroya 1,04 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,69 manat və 1,10 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR