Bank Of Baku

Ötən il Azərbaycanda 350 səhmdar cəmiyyəti cərimə edilib

Ötən il Azərbaycanda 350 səhmdar cəmiyyəti cərimə edilib
# 23 yanvar 2012 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən 454 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 286 şikayət ərizəsi və 35 müraciət qəbul edilərək təhlil edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, araşdırmalar nəticəsində fəaliyyətində qanun pozuntuları aşkar edilmiş səhmdar cəmiyyətlərinin 184-nə qarşı inzibati cərimələr tətbiq edilib, 154-nə isə pozuntuların aradan qaldırılması haqqında məcburi göstərişlər göndərilib.

«Bundan başqa, səhmdar cəmiyyətləri tərəfindən 2010-cu ilin nəticələrinə görə qanunvericiliyə uyğun olaraq QKDK-ya 464 illik hesabat təqdim edilib. İllik hesabatın təqdim edilməməsi və ya düzgün tərtib edilməməsi səbəbindən 350 səhmdar cəmiyyətinə qarşı inzibati cərimə tətbiq edilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR