Bank Of Baku

ABŞ-da dövlət qulluqçularının illik vergi borcu 1 mlrd. dolları keçib

ABŞ-da dövlət qulluqçularının illik vergi borcu 1 mlrd. dolları keçib
# 24 yanvar 2012 07:59 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın dövlət qulluqçuları sentyabrın 30-da başa çatan 2010-cu maliyyə ilində 1,08 mlrd. dollar vergi ödənişlərini vaxtında ödəməyib.

APA-Economics”in “The Washington Post”a istinadən xəbərinə görə, hesabat dövründə vergi xidmətinin borcluları sırasında poçt, Konqres və digər dövlət müəssisələrinin 98 min işçisi yer alıb.

Ümumi məbləğin 10,6 mln. dollarını parlament işçiləri ödəməyib. Ordu, hərbi dəniz donanması və aviasiya qüvvələrinin 25,6 min əməkdaşının borcu 225 mln. dollar, eyni sayda poçt işçilərinin borcu 270 mln. dollar təşkil edib. Bütövlükdə isə 2010-cu ildə ABŞ-da vergi ödəyicilərinin vaxtında ödəmədiyi vergi ödənişlərinin həcmi 114,2 mlrd. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR