Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 40% artıb
# 24 yanvar 2012 09:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il dekabr ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 9,9 mlrd. manatlıq kredit vəsaitləri yönəldilib ki, bu da əvvəlki ilin analoji dövrünə nisbətən 8,8% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 33,2%-i dövlət, 64,2%-i özəl banklar, 2,6%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib: «Verilmiş kreditlərin 6 758,9 mln. manatını və ya 68,6%-ni uzunmüddətli kreditlər, 3 093,9 mln. manatını (24,9%-ni) qısamüddətli kreditlər təşkil edib, 636,7 mln. manatının (6,5%-nin) isə ödənilmə vaxtı keçib».

Ötən ilin analoji dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 3,3%, qısamüddətli kreditlərin həcmi 21,5%, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 39% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR