Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İspaniyaya səfər edib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İspaniyaya səfər edib
# 24 yanvar 2012 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nümayəndə heyəti İspaniyaya işgüzar səfər edib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitənin nümayəndə heyəti Madriddə yerləşən Qiymətli Kağızlar Komissiyaları Beynəlxalq Təşkilatının (İOSCO) Baş Katibliyində olub, IOSCO-ya üzvlük və əməkdaşlıq məsələlər müzakirə olunub.

Eyni zamanda, tərəflər arasında qiymətli kağızlar bazarının tənzimlənməsinə dair IOSCO prinsipləri və metodologiyası haqqında fikir mübadiləsi aparılıb.

Beş gün davam edən səfər zamanı Azərbaycanın nümayəndə heyəti İspaniya qiymətli kağızlar bazarı və Birjalar üzrə Milli Komissiya orqanı və Madrid Fond Birjasında görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR