Bank Of Baku

Ötən il Azərbaycanda əhalinin adambaşına gəlirlərinin artım tempi inflyasiyanı 10 faiz bəndi üstələyib

Ötən il Azərbaycanda əhalinin adambaşına gəlirlərinin artım tempi inflyasiyanı 10 faiz bəndi üstələyib
# 24 yanvar 2012 11:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 19,6% artaraq 30,6 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumi gəlirlərin hər nəfərə düşən həcmi 18,1% artaraq 3 383,8 manat və ya ayda orta hesabla 282 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,2 faiz bəndi üstələyib.

«Gəlirlərin 63,3%-i son istehlaka, 7,9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 27%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 28,2 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 20,5% artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR