Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 24 yanvar 2012 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2011-ci ilin dekabr ayı üzrə 135,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayı ilə müqayisədə 39,4 faiz bəndi artıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. İndeksin artması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin aylıq artım tempinin yüksəlməsindən xəbər verir. Eyni zamanda, indeksin 100%-dən artıq olması hesabat ayında xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayla müqayisədə artmasını göstərir.

Belə ki, noyabr ayında əhaliyə 486 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, dekabrda bu həcm 658,6 mln. manata enib. Müqayisə üçün bildirək ki, oktyabr ayında bu göstərici 506 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR