Bank Of Baku

Azərbaycan Polşa Maliyyə Nəzarəti Agentliyinin təkliflərini qəbul edib

Azərbaycan Polşa Maliyyə Nəzarəti Agentliyinin təkliflərini qəbul edib
# 24 yanvar 2012 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Birliyi tərəfindən «Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılması və institusional inkişaf» Tvinninq layihəsinin həyata keçirilməsinə dair Polşa Maliyyə Nəzarəti Agentliyinin təklifləri təsdiq olunub.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin nəzarət və tənzimləmə çərçivəsinin Avropa Birliyinin qabaqcıl standartlarına uyğunlaşdırılması və qiymətli kağızlar bazarı iştirakçılarının məlumatlılığının artırılmasına dəstəyin göstərilməsidir.

Növbəti mərhələdə Polşa Maliyyə Nəzarəti Agentliyi və QKDK arasında müqavilə imzalanacaq və layihənin həyata keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, layihəyə 2012-ci ilin ortalarından etibarən başlanması və 2014-cü ildə tamamlanması planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR