Bank Of Baku

Avropa Birliyi Gürcüstana 46 mln. avro maliyyə yardımı ayıracaq

Avropa Birliyi Gürcüstana 46 mln. avro maliyyə yardımı ayıracaq
# 24 yanvar 2012 15:12 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) Şurası Gürcüstana 46 mln. avro maliyyə yardımı göstərilməsi haqqında ilkin qərar qəbul edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, yardım milli iqtisadiyyatın stabilləşdirilməsi və tədiyyə balansının kəsirinin ödənilməsi üçün ayrılıb.

Prosedura uyğun olaraq qərar Avropa Parlamentinin təsdiqinə veriləcək, daha sonra AB Şurası tərəfindən son dəfə təsdiqlənəcək.

Qeyd edək ki, Gürcüstan iqtisadiyyatı 2008-ci ilin III rübündən bəri böhran vəziyyətindədir. AB Gürcüstana ümumilikdə 500 mln. avro maliyyə yardımı göstərəcəyini vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR