Bank Of Baku

Gələn ay «Qala Həyat» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək

Gələn ay «Qala Həyat» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək
# 24 yanvar 2012 15:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il fevral ayının 24-də «Qala Həyat» sığorta şirkətinin səhmdarlarının növbəti illik yığıncağı keçiriləcək. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən cəmiyyətin 2011-ci ilin maliyyə göstəriciləri və 2012-ci ilin strateji inkişaf planının ilkin versiyası müzakirə ediləcək.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir, 2010-cu ilin noyabr ayında şirkətin adı «Qala Həyat» ASC-yə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR