Bank Of Baku

Qəzet redaktoru sığorta şirkətinin sədri təyin edilib

Qəzet redaktoru sığorta şirkətinin sədri təyin edilib
# 25 yanvar 2012 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin İdarə Heyətinə yeni sədr və sədr müavinləri təyin olunub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin aktuarisi İsgəndər İsmayıloğlu bildirib.

İ.İsmayıloğlunun sözlərinə görə, yeni seçimə əsasən, İlham Əmiraslanov şirkətin İdarə Heyətinin sədri, Vüqar Rəcəbov və Fərid Hüseynov isə sədr müavinləri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, İ.Əmiraslanov əvvəllər «Günay» qəzetinin (MNM Holding) redaktoru vəzifəsində, V.Rəcəbov «Günay Sığorta» şirkəti İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib, F.Hüseynov isə «Günay Sığorta» şirkətinin sıravi əməkdaşı olub.

Xatırladaq ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalına edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR