Bank Of Baku

«Expressbank» ötən il məcmu aktivlərini 28% artırıb

«Expressbank» ötən il məcmu aktivlərini 28% artırıb
# 25 yanvar 2012 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 172,310 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin yekun göstəricisi ilə müqayisədə 28% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 65% artaraq 81,441 mln. manata, depozit portfeli isə 0,1% azalaraq 74,247 mln. manata çatıb. Bununla yanaşı, bankın məcmu kapitalı 36% artaraq 79,514 mln. manat, o cümlədən nizamnamə kapitalı 31% artaraq 66,672 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın cəmi müştərilərinin sayı 29% artaraq 41 650, o cümlədən fiziki şəxslərin sayı 28% artaraq 41 435, hüquqi şəxslərin sayı isə 1,4% azalaraq 215 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 15% artaraq 29 417-yə, o cümlədən debet kartlarının sayı 13% artaraq 28 998-ə, kredit kartlarının sayı isə 8,9 dəfə artaraq 419-a çatıb.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 33 bankomatı, 23 POS-terminalı və 247 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR