Bank Of Baku

Azərbaycanda Bakı Fond Birjasının sədrliyi ilə Koordinasiya Şurası yaradılır

Azərbaycanda Bakı Fond Birjasının sədrliyi ilə Koordinasiya Şurası yaradılır
# 25 yanvar 2012 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) «Dövlət qiymətli kağızları, mövcud vəziyyət və inkişaf istiqamətləri» mövzusunda 20-dən artıq kommersiya bankları və peşəkar iştirakçılarının iştirakı ilə dəyirmi masa keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, müzakirə olunan məsələlər sırasında dövlət qiymətli kağızlarının ilkin bazarı (gəlirlilik, emissiya həcmi, dövriyyə müddətləri, hərrac zamanları), təkrar bazar əməliyyatları (likvidliyin təmin olunması və market-meyker fəaliyyəti) və 2012-ci il üzrə bazarın inkişaf perspektivləri olub.

Görüşdə sadalanan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, mövcud vəziyyət qiymətləndirilib və bazarın inkişaf perspektivliyi ilə əlaqəli təkliflər irəli sürülüb. Müzakirələr zamanı, bazar iştirakçılarının daha sıx əlaqələrinin qurulması istiqamətində bu formatda dialoqun davam etdirilməsi üçün BFB-nın sədrliyi ilə Koordinasiya Şurasının yaradılması qərarı verilib. Bazar iştirakçılarının aidiyyəti dövlət qurumları (Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) ilə səmərəli əlaqələrin yaradılması Koordinasiya Şurasına həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR