Bank Of Baku

«Royal Bank»da əhalinin əmanətləri kəskin azalıb

«Royal Bank»da əhalinin əmanətləri kəskin azalıb
# 25 yanvar 2012 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin depozit portfelinin həcmi 2012-ci il yanvar ayının 1-nə 84,271 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 23% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın müddətli depozitlərinin həcmi 8,5% artaraq 67,325 mln. manata, tələb olunanadək depozitlərin həcmi 82% artaraq 16,946 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində bankın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 6,5 dəfə azalaraq 10,963 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR