Bank Of Baku

Barak Obama varlılar üçün vergiləri 30%-ə qaldırmağı təklif edib

Barak Obama varlılar üçün vergiləri 30%-ə qaldırmağı təklif edib
# 25 yanvar 2012 12:02 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama Konqresə “Ölkənin vəziyyəti haqqında” müraciətində gəliri 1 mln. dollardan artıq olan vətəndaşlar üçün vergiləri minimum 30%-ə qədər artırmağı təklif edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, prezident çıxışında vergilər və iş yerləri mövzusuna xüsusi diqqət çəkib - 34 dəfə birinci, 32 dəfə ikinci ifadəni işlədib.

Prezident xaricdən işçi qüvvəsi gətirən ABŞ şirkətləri üçün də vergilərin artırılmasını istəyib: “Əldə olunan vəsait isə ABŞ vətəndaşlarını işə götürən yerli şirkətlərin dəstəklənməsi üçün istifadə edilə bilər”.

Qeyd edək ki, B.Obama bundan əvvəl də varlı amerikalılar üçün vergilərin artırılması təklifləri ilə çıxış edib. Ötən il o, “katibəm məndən çox vergi ödəyir” deyən milyarder Uorren Baffeti zəngin vətəndaşlar üçün vergi yükünün artırılması təklifini dəstəkləyib. Bu il isə Obama administrasiyası prezidentin çıxışını dinləmək üçün U.Baffetin katibəsini Konqresə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR